"Real Madrid" İspaniya millisinin və "Real Sosyedad"ın yarımmüdafiəçisi Martin Zubimendi ilə maraqlanır.
Apasport.az xəbər verir ki, bu barədə "AS" məlumat yayıb.
Mənbənin sözlərinə görə, “kral” klubu 26 yaşlı yarımmüdafiəçinin keçidini yay transfer pəncərəsində rəsmiləşdirməyi planlaşdırır.
Futbolçu uğrunda mübarizədə “Real”ın əsas rəqibi London “Arsenal”ı hesab olunur.
“Topçular” Zubimendinin 60 milyon avro məbləğində sərbəst qalma məbləğini ödəməyə hazırdır.
Qeyd edək ki, bu mövsüm yarımmüdafiəçi 39 oyun keçirib, 2 qol vurub və 2 məhsuldar ötürmə edib. Onun "Real Sosyedad"la müqaviləsi 2027-ci ilin ortalarına qədərdir.
- Mourinyo Çempionlar Liqasında tarixə düşdü
- Bruno Kerrikin taktikasını tənqid etdi, Karragerdən sərt cavab gəldi: “Biabırçılıqdır!”
- TFF Sergen Yalçının köməkçisinə veto qoydu – SƏBƏB
- Skaloni Argentina millisi ilə bağlı qərarını verdi – 2030-cu ilə qədər
- Batrakov İkardi və Jardelin rekordunu təkrarladı