“Real”ın yeni 9 nömrəsi bəlli oldu
10.08.2025 - 00:12
“Real”ın yeni 9 nömrəsi bəlli oldu

“Real Madrid”də yeni mövsümdən etibarən 9 nömrəli formanı hansı futbolçunun geyinəcəyi məlum olub.

Apasport.az xəbər verir ki, bu nömrə braziliyalı hücumçu Endrikə verilib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

19 yaşlı forvard Kilian Mbappenin 10 nömrəli formanı seçməsindən sonra 9 nömrəni götürmək hüququ qazanıb.

Qeyd edək ki, Braziliya millisinin üzvü olan Endrik 2024-cü ildən "Real"da çıxış edir.