
“Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo klub kariyerasında 800-cü qola imza atıb.
Apasport.az xəbər verir ki, portuqaliyalı Səudiyyə Ərəbistanı çempionatının son turunda “Əl-Fateh”lə oyunda fərqlənib.
40 yaşlı forvard 25 qolla turnirin bombardiridir. Bu, Ronaldonun klub karyerasında 800-cü qol olub.
Ronaldo Səudiyyə Ərəbistanı təmsilçisinin heyətində 99 qol vurub. O, “Mançester Yunayted”də 145, “Yuventus”da 101, “Real Madrid”də 450 və “Sportinq”də daha 5 qola imza atıb.
Qeyd edək ki, Ronaldo 2023-cü ilin əvvəlindən "Əl-Nəsr"da oynayır. Futbolçu gələn yay klubu tərk edə bilər. Onun müqaviləsi iyunun sonunda başa çatacaq.