Ronaldo het-trik etdi - “Əl-Nəsr” qalib gəldi - VİDEO
08.08.2025 - 09:37
Ronaldo het-trik etdi - “Əl-Nəsr” qalib gəldi  - VİDEO

Kriştianu Ronaldonun çıxış etdiyi "Əl-Nəsr" hazırlıq matçı çərçivəsində Portuqaliyanın "Rio Ave" klubu ilə qarşılaşıb.

Apasport.az xəbər verir ki, görüş Səudiyyə Ərəbistanı təmsilçisinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Portuqaliyalı superulduz bu görüşdə het-trik edərək komandasının 3 qoluna imza atıb.

Qeyd edək ki, 40 yaşlı Ronaldo 2023-cü ildən “Əl-Nəsr”in heyətində çıxış edir.