Ronaldo Joao Feliksi "Əl-Nəsr"ə gətirdi
29.07.2025 - 16:28
Ronaldo Joao Feliksi "Əl-Nəsr"ə gətirdi

Səudiyyə Ərəbistanı təmsilçisi “Əl-Nəsr” “Çelsi”nin hücumçusu Joao Feliksi heyətinə qatıb.

Apasport.az xəbər verir ki, Pro Liqa təmsilçisi portuqaliyalı vinger üçün 30 milyon avro ödəyib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Ərəbistan klubu 25 yaşlı oyunçu ilə 6 illik müqavilə imzalayıb.

Həmçinin qeyd edilir ki, transferin reallaşmasında Kriştianu Ronaldo böyük pay sahibi olub. 

Belə ki, Joao ilk başda “Benfika” ilə razılıq əldə etsə də, Ronaldonun zəngi ilə öz fikrini dəyişərək “Əl-Nəsr”ə qoşulmaq qərarına gəldi.

Qeyd edək ki, Feliks ötən mövsümün ikinci yarısını icarə əsasında “Milan”da keçirmişdi.