Ronaldonun oğlu millidə debüt edib
13.05.2025 - 18:24

“Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldonun oğlu Junior Ronaldo Xorvatiyada təşkil olunan turnirdə 15 yaşlılardan ibarət Portuqaliya millisinin heyətində debüt edib.
Apasport.az xəbər verir ki, o, Yaponiya millisinin müvafiq yaş qrupuna aid komandası ilə görüşdə iştirak edib.
Junior Ronaldo matçın 53-cü dəqiqəsində meydana daxil olub. Oyun Portuqaliya millisinin 4:1 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, Kriştiano Junior Ronaldo “Əl-Nəsr”in gənclər komandasında çıxış edir.
0
0