Səudiyyə Ərəbistanı təmsilçilərindən “Əl-Nəsr” hazırda “Bavariya” forması geyinən Kim Min-Ceni heyətinə qatmaq istəyir.
Apasport.az xarici KİV-ə istinadən xəbər verir ki, "Əl-Nəsr" 28 yaşlı müdafiəçini heyətinə qatmaq üçün “Bavariya”nın "qapısını döyüb".
Keçmiş “Fənərbaxça”lının bu transferə müsbət yanaşdığı bildirilir.
Ötən mövsüm "Napoli"dən 50 milyon avro qarşılığında Almaniya təmsilçisinə transfer olan cənubi koreyalı futbolçu komandasında çıxdığı 79 matçda 4 qol, 2 məhsuldar ötürməyə imza atıb.
Qeyd edək ki, koreyalı müdafiəçinin Bundesliqa çempionu ilə müqaviləsi 2028-ci ilin iyun ayında başa çatacaq.
- “Beşiktaş”dan dünya çempionuna maraq – Təklif göndəriləcək
- Fatih Terimdən Arda və Kenan proqnozu – “Ballon d'Or qazana bilərlər”
- “Arsenal”ın forvardı “Everton”un radarında – Yayda ayrılıq ola bilər
- İraola üçün çətin başlanğıc – “Liverpul” transferdə xərcləri azaldır
- “Ayntraxt”dan yeni mövsümə xüsusi forma - FOTO