Sabiq “Fənər”li qəzaya düşüb
03.09.2025 - 09:16

“Fənərbaxça”nın sabiq futbolçusu Edin Ceko xoşagəlməz hadisə ilə üzləşib.
Apasport.az xəbər verir ki, 39 yaşlı hücumçu İtaliyada avtomobil qəzasına düşüb.
Hadisəyə səbəb kimi avtomobilin əyləc sistemində yaranmış nasazlıq və yağışlı hava şəraiti göstərilib.
Təcrübəli forvardın 6 ay yaşıl meydanlardan kənarda qalacağı bildirilib.
Qeyd edək ki, Ceko bu ilin yayında “Fənərbaxça”dan ayrılaraq “Fiorentina”ya transfer olub. O, A Seriyası təmsilçisinin heyətində çıxış etdiyi 3 oyunda 1 qolla yadda qalıb.
0
0