Sabiq “Trabzonspor”lu “Rizespor”da – Rəsmi
10.02.2025 - 19:28
Türkiyə Super Liqası təmsilçilərindən “Rizəspor” heyətini yeni oyunçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, komanda “Hull Siti” forması geyinən Abdülkadir Ömürü transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
25 yaşlı yarımmüdafiəçi mövsümün qalan hissəsini icarə əsasında Super Liqa təmsilçisinin heyətində keçirəcək.
Futbolçu yeni klubunda 7 nömrəli forma altında çıxış edəcək.
Qeyd edək ki, Abdülkadir “Trabzonspor”un yetirməsi olub. Türkiyə millisinin üzvü 2024-cü ildə 2,5 milyon avro qarşılığında “Hull Siti”yə transfer edilmişdi.
- Braziliya millisinin üzvü butslarını mismardan asdı
- Mourinyodan Rafa Silva açıqlaması: “Tanımadığım birindən niyə xoşum gəlməsin?”
- “Neftçi”dən azarkeşlərə jest: bir bilet - 2 oyuna giriş
- "Arsenal" 15 yaşlı futbolçu ilə anlaşıb
- Kerem Aktürkoğluna Harri Potter şoku: Warner Bros. futbolçunu məhkəməyə verdi
0
0