Sanço "Çelsi"də qalmaq istəyir
27.05.2025 - 11:15
Sanço "Çelsi"də qalmaq istəyir

"Mançester Yunayted"dən "Çelsi"yə icarəyə verilən Ceydon Sanço "Old Trafford"a qayıtmaq fikrində deyil. 

Apasport.az xəbər verir ki, bu barədə "Sky Sports" məlumat yayıb.

Mənbənin məlumatına görə, 25 yaşlı cinah yarımmüdafiəçisi "mavilər"də qalmaq istəyir. 

"Çelsi" rəhbərliyi də futbolçunun çıxışından razıdır. İcarə şərtlərinə görə, London klubu 20-25 milyon funt-sterlinq arasında tam transfer həyata keçirə bilər.

Daha əvvəl bildirilmişdi ki, “Mançester Yunayted” futbolçunu satmağa hazırdır.