“Santos”un müdafiəçisi “Tottenhem”də - RƏSMİ
23.01.2026 - 00:15
“Santos”un müdafiəçisi “Tottenhem”də - RƏSMİ

“Santos”un futbolçusu Souza karyerasını İngiltərədə davam etdirəcək.

Apasport.az xəbər verir ki, “Tottenhem” 19 yaşlı sol cinah müdafiəçisini transfer edib.

Bu barədə London klubunun mətbuat xidməti məlumat yayıb.

Braziliyalı futbolçu ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.

Qeyd edək ki, Souza “Santos” klubunun yetirməsidir.