“Sevilya”nın yeni baş məşqçisi bəlli oldu
25.03.2026 - 11:31
“Sevilya”nın yeni baş məşqçisi bəlli olub.
Apasport.az xəbər verir ki, klub bu posta Luis Qarsiya Plasanı təyin edib.
İspaniyalı mütəxəssislə 2027-ci ilə qədər müqavilə imzalanıb.
Plasanın mövsümün qalan hissəsi üçün əsas hədəfi komandanın La Liqada qalmasını təmin etmək olacaq.
Qeyd edək ki, mütəxəssis daha öncə “Vilyarreal”, “Levante”, “Malyorka” və “Alaves” kimi klublarda çalışıb.
0
0