İngiltərə Premyer Liqası təmsilçilərindən "Mançester Siti" yayda heyətini gücləndirməyi planlaşdırır.
Apasport.az xəbər verir ki, "şəhərlilər" "Nottingem Forest"də çıxış edən Morqan Gibbs-Uaytı transfer etmək istəyir.
Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Mənbənin məlumatına görə, "Siti" ingiltərəli yarımmüdafiəçi ilə şəxsi şərtləri razılaşdırıb.
Xatırladaq ki, "Nottingem Forest" Morqan Gibb-Uaytı 2022-ci ildə "Vulverhempton"dan transfer edib.
İngiltərə millisinin üzvü bu mövsüm Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 34 rəsmi matçda 5 qol, 9 assistlə yadda qalıb.
- “Qırmızı şeytanlar” maviyə büründü – Yeni səfər forması - FOTO
- İspaniya de la Fuente ilə davam etmək istəyir – Müqavilə uzadılır
- Çempionlar Liqası: "Kayrat" "Omoniya"ya qarşı - YENİLƏNİR
- "Neftçi" və "Başakşəhər"in matçları bu kanallarda - TV AFİŞA
- "Vulverhempton"da qalmaqal – Məşq ləğv olundu, təhlükəsizlik gücləndirildi