“Siti” növbəti transferinə hazırlaşır
12.06.2025 - 21:55
İngiltərə Premyer Liqası təmsilçilərindən "Mançester Siti" heyətini daha bir futbolçu ilə gücləndirmək niyyətindədir.
Apasport.az xəbər verir ki, "şəhərlilər" Norveçin “Rosenborq” klubunda çıxış edən Sverr Nipanla maraqlanır.
Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Mənbənin məlumatına görə, "Siti" 18 yaşlı yarımmüdafiəçi üçün 12,5 milyon funt-sterlinqi gözdən çıxarıb.
Tərəflər arasında danışıqlar artıq yekunlaşmaq üzrədir.
Qeyd edək ki, Premyer Liqa klubu daha əvvəl Rayan Çerki, Rayan Ait-Nuri və Ticani Reyndersi heyətinə qatmışdı.
- Mourinyo Çempionlar Liqasında tarixə düşdü
- Bruno Kerrikin taktikasını tənqid etdi, Karragerdən sərt cavab gəldi: “Biabırçılıqdır!”
- TFF Sergen Yalçının köməkçisinə veto qoydu – SƏBƏB
- Skaloni Argentina millisi ilə bağlı qərarını verdi – 2030-cu ilə qədər
- Batrakov İkardi və Jardelin rekordunu təkrarladı
0
0