Argentina millisinin baş məşqçisi Lionel Skaloni yığmadakı gələcəyi ilə bağlı açıqlama verib.
Apasport.az xəbər verir ki, 48 yaşlı mütəxəssis 2026-cı ilin dekabrına qədər komandaya rəhbərlik edəcəyini, daha sonra isə vəzifəsindən ayrılmağı planlaşdırdığını bildirib.
Dünya çempionatının finalında İspaniyaya məğlubiyyətdən (0:1) sonra keçirilən mətbuat konfransında emosiyalarına hakim ola bilməyən Skaloni göz yaşlarını saxlaya bilməyib.
"Dekabra qədər Argentina millisinin baş məşqçisi kimi fəaliyyətimi davam etdirəcəyəm. Daha sonra isə yəqin ki, dayanacağam. Canım yanır, ruhum ağrıyır. Çox məyusam. Hamıdan üzr istəyirəm", – deyə o bildirib.
Qeyd edək ki, Lionel Skaloni 2018-ci ildən Argentina millisini çalışdırır. O, yığma ilə 2021 və 2024-cü illərdə Amerika Kubokunu, 2022-ci ildə Finalissima və dünya çempionatını, 2025-ci ildə isə Konfederasiyalar Kubokunu qazanıb. 2026-cı il dünya çempionatında isə Argentina finalda İspaniyaya uduzub.