"Spartak"ın yeni baş məşqçisi açıqlanıb
06.01.2026 - 13:38
"Spartak"ın yeni baş məşqçisi açıqlanıb

Moskva "Spartak"ının yeni baş məşqçisi bəlli olub.

Apasport.az xəbər verir ki, paytaxt təmsilçisini Xuan Karlos çalışdıracaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

İspaniyalı mütəxəssislə 2028-ci ilin iyununa kimi müqavilə imzalanıb.

Qeyd edək ki, Xuan Karlosun son iş yeri "Pafos" olub. 52 yaşlı məşqçi yanvarın 4-də Kipr klubundan ayrılıb.