“Ştutqart” “Bayern”in hücumçusunu istəyir
09.11.2024 - 11:59
“Bayern”in hücumçusu Matteyis Tell yanvar ayında icarəyə verilə bilər.
Apasport.az “Bild”-ə istinadən xəbər verir ki, fransalı futbolçunu icarəyə götürməkdə “Ştutqart” maraqlıdır.
Tell az oyun vaxtı qazanır, buna görə də, Münhen klubu yanvarda gələcək təklifləri dəyərləndirməyə hazır olacaq.
Əvvəllər “Verder” və “Nottingem Forest”in 19 yaşlı forvardı transfer etməyə hazır olduqları bildirilirdi.
Tell “Bayern”in heyətində cari mövsümdə bütün yarışlarda iştirak etdiyi 7 matçda 2 dəfə start heyətində meydana çıxıb.
- “Barselona”da “Qalatasaray”la oyun öncəsi ciddi itkilər – 4 futbolçu heyətdən kənarda
- “Feyenoord”un sabiq futbolçusu vəfat edib
- Haaland PSJ-nin iki futbolçusunu fərqləndirdi – “Onları izləmək heyranedicidir”
- Ronaldodan Mbappeyə məsləhət: “Madriddə olsaydım, ona öyrədərdim”
- Günün oyunları bu kanallarda - TV AFİŞA
0
0