Topaz Premyer Liqasında 9 aylıq marafon başa çatmaq üzrədi. Apasport.az saytının məlumatına görə, sabah və bazar ertəsi son turun oyunları keçiriləcək.
Turnir cədvəlində qonşu olan “Səbail”lə “Keşlə”nin dueli heç bir önəm kəsb etmir. Nəticə necə olursa-olsun komandaların mövqeyində dəyişiklik olmayacaq. Bu matç sadəcə, “Keşlə” üçün Azərbaycan kubokunun finalına yaxşı hazırlıq ola bilər.
Son vaxtlar formada olan “Neftçi” Gəncədə “Kəpəz”in qonağı olacaq. Ev sahiblərindən fərqli, qonaqlar həyati önəm kəsb edən görüşə çıxacaqlar. Məsələ burasındadı ki, elitanı tərk edəcəyi dəqiqləşən “Kəpəz” Premyer Liqa və bəlkə də, azarkeşləri ilə vida matçına çıxacaq. Paytaxt klubu isə mövsümü üçüncü pillədə başa vurmaq və Avropa Liqasına vəsiqə qazanmaq üçün mütləq qələbə qazanmalıdı. Xal itkisi Tərlan Əhmədovun yetirmələrini 4-cülüyə göndərə bilər.
Turun mərkəzi qarşılaşması Sumqayıtda baş tutacaq. Turnir cədvəlində qonşu olan “Sumqayıt”la “Zirə” üz-üzə gələcək. Məhz bu görüş mövsümü dördüncü pillədə tamamlayacaq və Avropa Liqasına vəsiqə ümidini qoruyacaq kollektivi müəyyənləşdirəcək. Bu baxımdan bakılılara heç-heçə sərf edirsə, “gənclik şəhəri” təmsilçisinin qalibiyyətdən başqa yolu yoxdu. “Zirə”nin hətta az da olsa, üçüncülük şansı da var. Bunun üçün komanda qələbə qazanmalı və “Neftçi”nin Gəncədə büdrəməsini gözləməlidi.
Mövsümün qapanış matçı “Azersun Arena”da keçiriləcək. Qızıl və gümüş medalları təmin edən “Qarabağ”la “Qəbələ” özləri üçün formal xarakter daşıyan oyuna çıxacaq. Yeganə fərq ondadı ki, Bakıda ev sahibi “Qarabağ” yox, “Qəbələ” sayılacaq. Məhz bu qarşılaşmadan sonra medalçılar təltif ediləcək.
Topaz Premyer Liqası
XXVIII (sonuncu) tur
20 may (bazar)
17:15. “Səbail” – “Keşlə”
Hakimlər: Vüqar Həsənli, Zeynal Zeynalov, Mübariz Haşımov, Mehman Mahmudov
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Orxan Məmmədov
AFFA nümayəndəsi: Nüvər Xasıyev
Hakim-inspektor: Murad Məmmədov
“Bayıl Arena”
17:15. “Kəpəz” – “Neftçi”
Hakimlər: Rəhim Həsənov, Vaqif Musayev, Elman Musayev, Ramil Diniyev
AFFA nümayəndəsi: Seymur Səlimli
Hakim-inspektor: Xaqani Məmmədov
Gəncə şəhər stadionu
17:15. “Sumqayıt” – “Zirə”
Hakimlər: Rauf Cabbarov, Yaşar Abbasov, Nahid Əliyev, İnqilab Məmmədov
AFFA nümayəndəsi: Namiq Məstanov
Hakim-inspektor: Şahin Cəfərov
Sumqayıt şəhər stadionu
21 may (bazar ertəsi)
19:00. “Qəbələ” – “Qarabağ”
Hakimlər: Rəşad Əhmədov, Rza Məmmədov, Knyaz Əmiraslanov, Əliyar Ağayev
AFFA nümayəndəsi: Ramiz Mustafayev
Hakim-inspektor: Əli Hüseynov
“Azersun Arena”
1. |
Qarabağ |
27 |
19 |
5 |
3 |
36:13 |
62 |
2. |
Qəbələ |
27 |
14 |
7 |
6 |
42:25 |
49 |
3. |
Neftçi |
27 |
13 |
4 |
10 |
37:27 |
43 |
4. |
Zirə |
27 |
11 |
8 |
8 |
34:29 |
41 |
5. |
Sumqayıt |
27 |
11 |
7 |
9 |
33:30 |
40 |
6. |
Keşlə |
27 |
7 |
7 |
13 |
28:39 |
28 |
7. |
Səbail |
27 |
6 |
5 |
16 |
19:38 |
23 |
8. |
Kəpəz |
27 |
3 |
5 |
19 |
17:45 |
14 |
Bombardirlər: Baqali Dabo (“Qəbələ”) – 13 qol; Amil Yunanov ("Sumqayıt") - 10 qol; Stiven Monroz ("Qəbələ") - 9 qol.