A Seriyası təmsilçilərindən "Milan"ın forvardı Luka Yoviç karyerasını Türkiyədə davam etdirə bilər.
Apasport.az xəbər verir ki, futbolçu ilə "Trabzonspor" və "Beşiktaş" yaxından maraqlanır.
Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Hər iki komanda 27 yaşlı hücumçunu yayda heyətinə qatmaq niyyətindədir. A Seriyası təmsilçisi uyğun təklif gələcəyi təqdirdə futbolçunu satmağa hazırdır.
Xatırladaq ki, "Milan" Yoviçi 2023-cü ildə "Fiorentina"dan 500 min avroya heyətinə qatmışdı.
Qeyd edək ki, Serbiya millisinin üzvü bu mövsüm komandasının heyətində meydana çıxdığı 9 rəsmi matçda 2 qolla yadda qalıb.
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"