Taliska “Fənərbaxça” tarixinə düşüb
12.12.2025 - 03:02
Taliska “Fənərbaxça” tarixinə düşüb

“Fənərbaxça” UEFA Avropa Liqasının VI turu çərçivəsində səfərdə “Brann”la qarşılaşıb.

Apasport.az xəbər verir ki, görüş İstanbul klubunun 4:0 hesablı qələbəsi ilə başa çatıb.

Qonaq komandanın futbolçusu Anderson Taliska üçün bu matç xüsusi əhəmiyyət daşıyıb.

Belə ki, qarşılaşmada het-trikə imza atan braziliyalı vinger “sarı-lacivərdlilər”in avrokuboklarda bunu bacaran ilk futbolçusu kimi tarixə düşüb.

Qeyd edək ki, 31 yaşlı Taliska bu mövsüm “fənər”in heyətində meydana çıxdığı 23 rəsmi matçda 11 qol və 2 məhsuldar ötürmə ilə fərqlənib.