Danimarka və Norveç milli komandalarının sabiq baş məşqçisi Oqe Hareyde vəfat edib.
Apasport.az xəbər verir ki, bu barədə mütəxəssisin oğlu Bendik Hareyde mətbuata açıqlamasında məlumat verib.
İyul ayında norveçli mütəxəssisə beyin xərçəngi diaqnozu qoyulmuşdu.
Oqe Hareyde 2017-ci ildə Danimarka millisinin baş məşqçisi kimi komandanı DÇ-2018-ə çıxarıb və 1/8 final mərhələsinə qədər irəliləyib. O, müxtəlif illərdə Norveç və İslandiya millilərini də çalışdırıb.
Klub səviyyəsində “Molde”, “Rusenborq”, “Vikinq”, “Bröndbü”, eləcə də İsveçin “Helsinqborq”, “Malmö” və “Erqryute” klublarında çalışan Hareyde İsveç, Danimarka və Norveç çempionu olub. 2014-cü ildə isə İsveç çempionatında ilin məşqçisi seçilib.
- İbrahimoviçin oğlu ilk peşəkar müqaviləsini imzalayıb
- Eçeverrinin Almaniya macərası qısa çəkdi
- “Feyenord” tribunalarında "istefa" səsləri: Van Persinin taleyi sual altındadır
- "Çelsi" və "Arsenal" "Yuventus"un ulduzu ilə danışıqlar aparır
- “Samsunspor” “Maynts”a uduzdu, KL-də günün nəticələri - YENİLƏNİB