Tedesko tarix yazdı: “Fənərbaxça”da bunu bacaran üçüncü məşqçi oldu
18.01.2026 - 23:24
“Fənərbaxça” Türkiyə Super Liqasının XVIII turu çərçivəsində səfərdə “Alanyaspor”u 3:2 hesabı ilə məğlub edib.
Apasport.az xəbər verir ki, “sarı-lacivərdlilər”in baş məşqçisi Domeniko Tedesko bu nəticə ilə klub tarixinə düşüb.
Belə ki, italiyalı mütəxəssis “Fənərbaxça”ya gəldiyi gündən etibarən komanda ilə keçirdiyi ilk 15 rəsmi oyunda məğlubiyyət üzü görməyib. 40 yaşlı çalışdırıcı İstanbul təmsilçisinin tarixində buna nail olan 3-cü baş məşqçi olub.
Klub tarixində bundan əvvəl Oskar Hold və Miroslav Kokotoviç eyni göstəriciyə imza atıblar.
0
0