"Tottenhem"də ayrılıq - RƏSMİ
11.02.2026 - 16:05
"Tottenhem"də ayrılıq - RƏSMİ

"Tottenhem" baş məşqçisi Tomas Frankla yollarını ayırıb.

Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

52 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, Tomas Frank cari mövsümün əvvəlində "Tottenhem"in baş məşqçisi vəzifəsinə təyin olunmuşdu. Londonlular İngiltərə Premyer Liqasında 26 turdan sonra 29 xal toplayıb və turnir cədvəlinin 16-cı pilləsində qərarlaşıb.