“Trabzonspor”dan rekord satış – Oulai rəsmən “Fiorentina”da
20.07.2026 - 00:06
“Trabzonspor”dan rekord satış – Oulai rəsmən “Fiorentina”da

“Trabzonspor” Krist Ravinel İnao Olainin “Fiorentina”ya transferini rəsmən açıqlayıb.

Apasport.az xəbər verir ki, bu barədə Türkiyə klubunun mətbuat xidməti məlumat yayıb.

Razılaşmaya əsasən, Trabzon təmsilçisi bu transferdən 26 milyon avro zəmanətli ödəniş və 4 milyon 61 avro bonus olmaqla ümumilikdə 30 milyon 61 avro gəlir əldə edəcək.

Bundan əlavə, futbolçunun gələcək transferindən əldə olunacaq xalis məbləğin 10 faizi də "Trabzonspor"a ödəniləcək.

Bu transfer "Trabzonspor" tarixinin ən bahalı oyunçu satışı olub. 

20 yaşlı yarımmüdafiəçi ötən ilin yayında Fransanın "Bastiya" klubundan 5,5 milyon avroya "Trabzonspor"a transfer olunmuşdu.

Ouali, Türkiyə təmsilçisinin heyətində parlaq çıxışı ilə yanaşı, DÇ-2026-da Fildişi Sahili millisinin heyətində bütün 4 matçda meydana çıxmışdı.