“Traktor”un sabiq futbolçusu etirazlar zamanı öldürülüb
14.01.2026 - 15:59
“Traktor”un sabiq futbolçusu etirazlar zamanı öldürülüb

Təbrizin “Traktor” klubunun keçmiş futbolçusu Mojtaba Torşiz İranda davam edən etirazlar zamanı həyat yoldaşı ilə birlikdə öldürülüb.

Apasport.az xəbər verir ki, bu barədə İran mətbuatı məlumat yayıb.

Torşiz və həyat yoldaşı İranda baş verən etiraz aksiyalarında qətlə yetirilib.

Torşiz 2009-2011-ci illərdə “Traktor”un formasını geyinib.