ABŞ Prezidenti Donald Tramp futbol üzrə 2026-cı il dünya çempionatının finalından sonra keçirilən mükafatlandırma mərasimində diqqətçəkən addımı ilə gündəmə gəlib.
Apasport.az xəbər verir ki, Tramp çempion İspaniya millisinin kapitanına Dünya çempionatı kubokunu təqdim etdikdən sonra səhnəni tərk etməyib.

FIFA prezidenti Canni İnfantinonun müdaxiləsinə baxmayaraq, ABŞ lideri kubokun qaldırıldığı an da podiumda qalaraq futbolçularla eyni kadra düşüb.

Beləliklə, İspaniya millisinin Dünya çempionatı kubokunu başı üzərinə qaldırdığı tarixi anlarda Tramp da komandanın futbolçuları ilə birlikdə səhnədə yer alıb.