Tripyer "Volves"də - Premyer Liqadan Çempionşipə
09.06.2026 - 14:02
Tripyer "Volves"də - Premyer Liqadan Çempionşipə

İngiltərə millisinin sabiq müdafiəçisi Kiran Tripyer karyerasını “Vulverhempton”da davam etdirəcək.

Apasport.az xəbər verir ki, 35 yaşlı futbolçu ilə rəsmi müqavilə imzalanıb.

Bu barədə İngiltərə klubunun mətbuat xidməti açıqlama yayıb. Təcrübəli müdafiəçinin sözləşməsi 2028-ci ilin yayına qədər nəzərdə tutulub.

Tripyerin “Nyukasl”la hazırkı müqaviləsi bu ayın sonunda başa çatacaq. Bundan sonra o, azad agent kimi “Vulverhempton”a qoşulacaq.

Qeyd edək ki, “Vulverhempton” 2025/2026 mövsümünün yekununda Premyer Liqanı tərk edərək Çempionşipə düşüb.

Kiran Tripyer karyerası ərzində “Mançester Siti”, “Barnsli”, “Börnli”, “Tottenhem” və Madrid “Atletiko”sunda çıxış edib.