Türkiyə Kuboku: “Qalatasaray”dan inamlı qələbə
04.02.2026 - 23:42
Türkiyə Kuboku: “Qalatasaray”dan inamlı qələbə

Türkiyə Kubokunda III turun oyunları davam edir.

Apasport.az xəbər verir ki, “Qalatasaray” səfərdə I Liqa təmsilçisi “İstanbulspor”la qarşılaşıb.

Gərgin keçən oyunda azarkeşlər 4 qola şahidlik ediblər. Görüş "sarı-qırmızılılar"ın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, hazırda A qrupunda 9 xalla “Qalatasaray” liderdir. 7 xala malik “Alanyaspor” ikinci, 6 xalı olan “Trabzonspor” isə üçüncü pillədə qərarlaşıb.