“Türkiyə millisi ilə keçiriləcək ilk matç bizim üçün çox çətin olacaq”
19.03.2025 - 15:15
“Türkiyə millisi ilə keçiriləcək ilk matç bizim üçün çox çətin olacaq”

“Türkiyə milli komandası çox güclü bir heyətə sahibdir”.

Apasport.az xəbər verir ki, bu sözləri Macarıstan millisinin baş məşqçisi Marko Rossi deyib.

İtaliyalı mütəxəssis həmyerlisi Vinçenzo Montellanın Türkiyəyə rəhbərlik etdiyi dövrdən etibarən böyük işlər bacardığını bildirib:

“Qarşıdakı matçlar hər iki komanda üçün çox vacibdir. Ümumiyyətlə Türkiyə milli komandasının heyətində yer alan hər oyunçu bizim üçün təhlükə yaradır. Son vaxtlar da “Benfika”da çıxış edən Orkun Kökçü və Kerem Aktürkoğlu, “Roma”nın müdafiə xəttində vacib işlər görən Zeki Çeliki misal göstərə bilərəm. Türkiyə millisinin hücum xətti fiziki olmasa da, oyun təcrübəsi, sürət və texnika baxımından üstün vəziyyətdədir. Son illər Montellanın Türkiyə millisi ilə çıxışlarını bəyənirəm və təqdir edirəm. 2024 Avropa Çempionatında ən təhlükəli heyətlərdən birinə sahib idilər. Düşünürəm ki, İstanbulda keçirilən ilk matç bizim üçün çox çətin olacaq”.

Qeyd edək ki, Türkiyə - Macarıstan matçı martın 20-si Bakı vaxtilə saat 21:00-da start götürəcək.