Hakan Çalhanoğlu: "Münhendə qalib gəlmək çox çətindir, amma..."
09.04.2025 - 08:55
Hakan Çalhanoğlu: "Münhendə qalib gəlmək çox çətindir, amma..."

Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyunlarına start verilib.

Apasport.az xəbər verir ki, ilk oyun günündə "İnter" "Bavariya"nın qonağı olub.

Qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

"İnter"in və Türkiyə millisinin üzvü Hakan Çalhanoğlu qələbəni belə şərh edib: 

"İlk hissəni gözəl keçirdik və çoxlu imkanlar yaratdıq. İkinci hissədə yavaşladıq, amma yenə də 2:1 hesabından razıyıq. Münhendə qalib gəlmək çox çətindir, amma biz bunu bacardıq".

Qeyd edək ki, cavab oyunu aprelin 16-sı Milanda baş tutacaq.