Türkiyə millisinin üzvü Premyer Liqada tarix yazıb
13.01.2025 - 10:53
Türkiyə millisinin üzvü Premyer Liqada tarix yazıb

İngiltərə Kubokunda "Mançester Yunayted" "Arsenal"la qarşılaşıb. 

Apasport.az xəbər verir ki, əsas vaxtı 1:1 hesabı ilə başa çatan matçın nəticəsi penaltilər seriyasında bəlli olub. 

Belə ki, "qırmızı şeytanlar" bu mərhələdə "topçular"ı 5:3 hesabı ilə məğlub edib. 

Türkiyə millisinin və "Mançester Yunayted"in qapıçısı Altay Bayındır matçdakı çıxışı ilə Premyer Liqada tarix yazıb. 

Oyuna əsas heyətdə başlayan Altay biri əsas vaxtda olmaqla, 2 penalti dəf edərək 10 nəfər qalan komandasını növbəti mərhələyə daşıyıb. 

Digər tərəfdən, Altay Bayındır 2013-2014-cü ildən bəri İngiltərə Kuboku matçında əsas vaxtda və penaltilər seriyasında penaltini dəf edən ilk Premyer Liqa qapıçısı olub.

0