Türkiyə Superkubokunun vaxtı dəyişdirilib
09.01.2026 - 17:19
Türkiyə Superkubokunun vaxtı dəyişdirilib

“Fənərbaxça” ilə “Qalatasaray” arasında keçiriləcək Türkiyə Superkubokunun final oyununun vaxtı dəyişdirilib.

Apasport.az xəbər verir ki, Bakı vaxtı ilə saat 21:30-da başlaması nəzərdə tutulan qarşılaşma 19:45-ə keçirilib.

Bu barədə Türkiyə Futbol Federasiyası (TFF) rəsmi məlumat yayıb.

Matçın saatının dəyişdirilməsinə hava şəraiti səbəb olub.

Qeyd edək ki, Türkiyə Superkubokunun final matçı yanvarın 10-da İstanbulda yerləşən Atatürk Olimpiya Stadionunda keçiriləcək.