UEFA Türkiyənin “Fənərbaxça” klubu, eləcə də futbolçuları Matteo Genduzi və Meyson Qrinvudla bağlı intizam prosesi başladıb.
Apasport.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, intizam araşdırmasına UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunundan sonra start verilib.
“Fənərbaxça” açıqlamasında futbolçularının və klubun hüquq və mənafelərini qorumaq üçün UEFA-nın müvafiq qurumları qarşısında lazımi müdafiənin həyata keçiriləcəyini vurğulayıb.
Klub proseslə bağlı tələb olunan məlumat, sənəd və izahatların UEFA-ya təqdim olunacağını, məsələnin diqqətlə izlənildiyini qeyd edib.
Qeyd edək ki, UEFA-nın mümkün cəza ilə bağlı yekun qərarı hələ açıqlanmayıb.