Unahi “Panatinaikos”da: Ulduz futbolçu geri qayıtdı
03.09.2026 - 09:00
Unahi “Panatinaikos”da:  Ulduz futbolçu geri qayıtdı

“Panatinaikos” heyətini Azzedin Unahi ilə gücləndirib.

Apasport.az xəbər verir ki, Yunanıstan klubu mərakeşli yarımmüdafiəçinin “Jirona”dan transferini rəsmən açıqlayıb.

26 yaşlı futbolçu yeni komandası ilə 4 illik müqavilə imzalayıb. 

Məlumata görə, qarşı tərəfə transfer üçün 15 milyon avro ödəniləcək.

Razılaşmada əlavə 1 milyon avroluq bonus və Unahinin gələcək satışından “Jirona”ya 20 faiz pay verilməsi də nəzərdə tutulub. 

Xatırladaq ki, Mərakeş millisinin üzvü 2024/25 mövsümünü icarə əsasında Afina klubunda keçirmiş və azarkeşlər tərəfindən mövsümün ən yaxşı futbolçusu seçilmişdi. 

Qeyd edək ki, Unahi daha əvvəl “Strasbur”, “Avranş”, “Anje”, “Marsel” və “Jirona”nın da formasını geyinib.