“Vest Hem” baş məşqçisi ilə yollarını ayırıb - RƏSMİ
27.09.2025 - 15:53
“Vest Hem” baş məşqçisi ilə yollarını ayırıb - RƏSMİ

İngiltərə Premyer Liqasında növbəti baş məşqçi istefası gerçəkləşib.

Apasport.az xəbər verir ki, "Vest Hem" Qrem Potterlə yollarını ayırıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

50 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, Qrem Potter bu ilin yanvar ayında "Vest Hem"in baş məşqçisi postuna təyin olunmuşdu.