“Vest Hem”in hücumçusu “Sportinq”ə keçib
05.01.2026 - 14:05
“Vest Hem”in hücumçusu “Sportinq”ə keçib

“Vest Hem”in hücumçusu Luis Qilyerme “Sportinq”ə (Portuqaliya) transfer olunub.

Apasport.az xəbər verir ki, bu barədə Portuqaliya klubunun mətbuat xidməti məlumat yayıb.

19 yaşlı braziliyalı futbolçu ilə 2030-cu ilin yayına qədər olan müqavilə imzalanıb. O, yeni klubunda “31” nömrəli forma ilə çıxış edəcək.

Qilyerme 2024-cü ildən formasını geyindiyi Premyer Liqa təmsilçisinin heyətində 18 oyun keçirib.