“Vest Hem”in yarımmüdafiəçisi ölkəsinə qayıdacaq
27.01.2026 - 00:15
“Vest Hem”in yarımmüdafiəçisi Lukas Paketа karyerasını vətənində davam etdirəcək.
Apasport.az xəbər verir ki, braziliyalı futbolçu “Flamenqo”ya transfer olunacaq.
Bu barədə “ESPN Brasil” məlumat yayıb.
Mənbənin iddiasına görə, klublar arasında danışıqlar artıq yekunlaşıb. Braziliya təmsilçisinin rəhbərliyi 28 yaşlı oyunçu üçün qarşı tərəfə 41,2 milyon avro ödəyəcək.
Qeyd edək ki, Lukas Paketa 2022-ci ildən “Vest Hem”in formasını geyinir. Braziliyalı futbolçu cari mövsümdə Premyer Liqada 18 oyuna çıxıb, 4 qol vurub və 1 məhsuldar ötürmə edib.
- Bredli Barkola rəsmən ”Liverpul”da
- Super Liqada mövsümün ilk məşqçi ayrılığı – Mirel Redoyla yollar ayrıldı
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
0
0