“Vest Hem”in yeni baş məşqçisi bəlli olub - RƏSMİ
28.09.2025 - 10:22
“Vest Hem”in yeni baş məşqçisi bəlli olub - RƏSMİ

"Vest Hem"in yeni baş məşqçisi müəyyənləşib.

Apasport.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Nunu Eşpiritu Santu ilə anlaşıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Portuqaliyalı mütəxəssislə 3 illik müqavilə imzalanıb.

Qeyd edək ki, "Vest Hem" Qrem Potterlə yollarını ayırıb. Nunu Eşpiritu Santunun son iş yeri isə "Nottingem Forest" olub.