Viktor Osimhen zədələndi
06.09.2025 - 20:55
Viktor Osimhen zədələndi

"Qalatasaray"da ciddi itki baş verib.

Apasport.az xəbər verir ki, Viktor Osimhen zədələnib.

O, Nigeriya millisinin heyətində xəsarət alıb.

Futbolçu DÇ-2026-nın seçmə mərhələsinin Ruanda ilə görüşündə sıradan çıxıb.

Forvard matçın 27-ci dəqiqəsində zədələnib. O, Sirel Diserslə əvəzlənib.