Xabi Alonso “Fənərbaxça”nın futbolçusu ilə maraqlanır
29.04.2024 - 20:01
Xabi Alonso “Fənərbaxça”nın futbolçusu ilə maraqlanır

Bundesliqada “Bayer Leverkuzen”lə tarixi çempionluq qazanan Xabi Alonso “Fənərbaxça”nın futbolçusu ilə maraqlanır.

Apasport.az xəbər verir ki, “sarı-lacivərdlilər"in yarımmüdafiəçisi İsmail Yüksek Alonsonun radarına düşüb. 

İspaniyalı mütəxəssis “Fənərbaxça” - “Beşiktaş” derbisində İsmaili izləmək üçün skaut komandasını İstanbula göndərib.

Buna baxmayaraq, alman təmsilçisinin səfəri elə də uğurlu alınmayıb.

Onlar İsmaili sadəcə 19 dəqiqə izləyə biliblər.

Belə ki, yarımmüdafiəçi zədələndiyi üçün görüşü vaxtından əvvəl tərk etməli olub.
 

0