PSJ “Çelsi”nin oyunçularını almaq istəyir
28.03.2014 - 21:29
PSJ “Çelsi”nin oyunçularını almaq istəyir

 

“Pari Sen-Jermen” klubu yay mövsümündə “Çelsi”nin iki aparıcı oyunçusunu – Eden Azar və Oskarı almaq niyyətindədir. Apasport.az saytının məlumatına görə, Paris klubu hücum edən duet üçün xeyli pul xərcləməyi planlaşdırır.

 

Məsələn, PSJ-nin braziliyalı havbek üçün 41,5 milyon avro ödəməyə hazır olduğu vurğulanır. Bir müddət öncə Fransa çempionunun hücumçusu Yoan Kabay Azarı komandada görmək istədiyini bildirmişdi. Parislilərin digər oyunçusu Lukas Moura da həmyerlisi Oskarı PSJ-də görməyə şad olacağını qeyd etmişdi: “Oskar çox yaxşı oyunçudur. Müasir futbolda nadir istedaddır. O, mükəmməl oyunçudur. Bizə belə bir futbolçu lazımdır”.

 

Qeyd edək ki, hər iki oyunçunun “Çelsi” ilə yaxın 3 il üçün müqaviləsi var. PSJ və “Çelsi” isə Çempionlar liqasının 1/4 finalında qarşı-qarşıya gələcəklər.

 

 

 

 

0