“Xəzər Lənkəran” oyunöncəsi son hazırlığına çıxacaq
28.10.2014 - 01:25
“Xəzər Lənkəran” oyunöncəsi son hazırlığına çıxacaq

Premyer Liqanın X turu çərçivəsində sabah “Sumqayıt”ın qonağı olacaq “Xəzər Lənkəran” bu gün oyunöncəsi son hazırlığını keçəcək. Apasport.az saytının məlumatına görə, dünən saat 11:45-dən başlayaraq bir saat müddətində “Dalğa Arena”da oyunsonrası bərpa məşqini keçən komanda məşqin ardından “Emerald” otelində itsirahətə çəkilib.

 

Komanda bu gün saat 15:00-da də eyni məkanda oyunöncəsi son hazırlığına çıxacaq.

 

Xatırladaq ki, “Xəzər Lənkəran” sabah saat 16:00-da Sumqayıt şəhərində yerləşən “Kapital Bank Arena” stadionunda yerli “Sumqayıt” klubu ilə üz-üzə gələcək. Cənubluların ardıcıl ikinci səfər oyunu da “İdman Azərbaycan” kanalı vasitəsi ilə calı yayımlanacaq.

 

 

12cioyuncu.info

 

0