[b]“...kuboku qazanın, amma çempionat oyununu uduzun” - MÜSAHİBƏ[/b]
23.04.2016 - 00:05
[b]“...kuboku qazanın, amma çempionat oyununu uduzun” - MÜSAHİBƏ[/b]

“İnter”in ukraynalı hücumçusu Yuri Fomenko “Qarabağ”la dueldən sonra apasport.az saytının da suallarını cavablandırıb.

 

- Oyunun bu cür keçəcəyini gözləyirdinizmi?

- “Qarabağ” yaxşı komandadı. Onlar həqiqətən yaxşı oynadılar. Qol epizodları yaratdılar və istifadə etdilər.

 

- “İnter” bu gün niyə müqavimət göstərə bilmədi?

- Bunun konkret düsturu yoxdu. Futboldu, bir gün yaxşı oynayırsan, bir gün pis. Bu gün oyunumuz alınmadı.

 

- Siz qış fasiləsinə qədər çox zəif çıxış etdiniz. Amma son oyunlarda fəallıq göstərirsiniz. “Qış yuxusu”ndan ayrılmısız?

- Daim üzərimdə işləyirəm. Çalışıram yaxşı oynayım. Bu işdə mənə kömək edən məşqçilərimə də təşəkkür edirəm. Onlar məni daim diqqətdə saxlayırlar. Futbol tənbəl olmağı sevmir. Meydanda fərqlənmək üçün məşqdə çox çalışmaq lazımdı. Cari mövsümdəki çıxışım ümumilikdə məni qane etmir. Çox işləməli, qol epizodları yaratmaq lazımdı. Hələ ki, bunu istədiyim şəkildə edə bilmirəm.

 

- Bəlkə “İnter” kubokun yarımfinal matçını düşündüyünə görə “Qarabağ”la dueldə çox güc sərf etmədi?

- Belə bir seçim etməmişik. Bizə deməyiblər ki, kuboku qazanın, amma çempionat oyununu uduzun. Bütün qarşılaşmalar bizim üçün vacibdi və qələbə qazanmaq istəyirik. Ayrıseçkilik etmək olmaz.

 

- Bəs “İnter” nəticələrini niyə sabitləşdirə bilmir? Bəlkə UEFA-nın tətbiq edəcəyi sanksiyanın təsiri var...

-  Sanksiyanın hansısa təsirində danışmaq düzgün deyil. Çalışırıq ki, çempionatı yaxşı mövqedə başa vuraq. Oyunumuz gah alınır, gah alınmır.

0