[b]“Al qurdlar” səfərdə üzüldü - VİDEO[/b]
18.05.2016 - 00:10
[b]“Al qurdlar” səfərdə üzüldü - VİDEO[/b]

Asiya Çempionlar Liqasının 1/8 final mərhələsinə start verilib. Apasport.az saytının məlumatına görə, Təbrizin təmsilçisi “Traktorsazi” mərhələnin ilk oyununu səfərdə keçirib.

 

“Al qurdlar” BƏƏ-nin "Əl Nəsr" (Dubay) komandasıyla üz-üzə gəlib. İlk oyununda uğursuzluqla üzləşən təbrizlilər 1:4 hesablı məğlubiyyətə üzülüblər.

 

Qeyd edək ki, komandalar arasında cavab oyunu bir həftə sonra, Təbrizdə baş tutacaq.

 

Asiya Çempionlar Liqası

1/8 final, ilk oyun

17 may

 

“Əl Nəsr” – “Traktorsazi” - 4:1

Qollar: Əhməd Əl Yassi, 15. Salem Salah, 41; 77. Mahmud Xamis, 89 - Auqusto Sezar, 59

 

 

0