“Qələbə istəsək də, vacib xalı aparırıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Sumqayıt”ın baş məşqçisi Samir Abasov deyib.
Topaz Premyer Liqasının XXVI turunda səfərdə “Kəpəz”lə qarşılaşan “kimyaçılar” 1:1 hesablı bərabərliyə razılaşıb.
Matçdan sonra klub saytına açıqlama verən mütəxəssis qarşılaşmanı dəyərləndirib: “İstəyimizin nəticəsidi ki, heç olmasa 1 xalı qoparırıq. Bu il alnımıza yazılıb ki, axıradək didişəcəyik. İşimiz asan olmayacaq. Son iki oyunumuz evdədi. Düzdü, bu, böyük üstünlük vermir. Çünki ötən tur öz meydanımızda “Səbail”ə uduzduq. İstənilən halda, avrokubokar üçün sonadək mübarizə aparacağıq”.