[b]“Azərbaycan mənim ürəyimdi” – Vassoura[/b]
20.09.2016 - 10:28
[b]“Azərbaycan mənim ürəyimdi” – Vassoura[/b]

“Dünya çempionatında iştirak edən braziliyalıların sayı çoxdu. Təbii ki, hər kəs seçimində azaddı”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan millisinin furzalçısı Oliveira Villiams de Nascimento deyib.

 

Kolumbiyada keçirilən futzal üzrə DÇ-2016-nın 1/8 final mərhələsi ərəfəsində mətbuat konfransı keçirilib. Yığmamızın üzvləri üçün təşkil olunan tədbirdə Vassoura kimi tanınan braziliyalı futzalçımız da qatılıb.

 

O, FİFA-nın təşkil etdiyi rəsmi mətbuat konfransında Tailand yığması ilə sentyabrın 22-də baş tutacaq matç haqda fikirlərini açıqlayıb: “Azərbaycan mənim ürəyimdi, sevdiyim ölkənin uğur qazanması üçün hər zaman çalışıram. Tailand yığması ilə oyuna gəldikdə, asan oyun olmayacaq. Rəqibimizin hazırkı heyəti 4-5 ildi bir yerdə çıxış edir. Bir növ son oyunda heç-heçə etdiyimiz İran kimi. Üstəlik, təcrübəli baş məşqçiləri var. Taktiki planda çox güclü mütəxəssisdi. Aut və kornerlər zamanı müxtəlif “ev tapşırığı” yerinə yetirirlər. Üç ilə yaxındı bu komanda ilə birgə işləyir”.

 

Mənbə: affa.az

0