[b]“Azərbaycanla matç ağır olacaq” – Conni Evans[/b]
04.06.2017 - 18:38
[b]“Azərbaycanla matç ağır olacaq” – Conni Evans[/b]

DÇ-2018-in seçmə mərhələsində millimizlə qarşılaşacaq Şimali İrlandiya yığması hazırlıqlarını Türkiyədə davam etdirir. Apasport.az saytının məlumatına görə, britaniyalılar iyunun 10-da keçiriləcək oyun üçün ölkəmizə iki gün əvvəl, ayın 8-də gələcək.

 

Yığma komandanın əsas oyunçularından, müdafiəçi Conni Evans Türkiyə toplanışında İngiltərə mətbuatına danışıb.

 

O, qısaca olaraq millimizlə oyuna da toxunub: “Azərbaycanla matç ağır olacaq. Amma biz ora sərfəli nəticə üçün gedəcəyik. Yaxın keçmişdə bizi siyahıdan silənlər var idi. Amma son Avropa çempionatı reputasiyamızı yaxşıya doğru dəyişdi və biz bunu qorumaq istəyirik”.

0