[b]“Bakının hazırlığından razıyam” - “Formula-1”in prezidenti[/b]
27.04.2016 - 15:31
[b]“Bakının hazırlığından razıyam” - “Formula-1”in prezidenti[/b]

“Bakının Avropa Qran-prisinə hazırlığından müəyyən mənada razıyam”. Apasport.az saytının məlumatına görə, bunu “Formula-1”in prezidenti Berni Ekklstoun deyib.

 

86 yaşlı böyük britaniyalı iyunun 17-19-da Bakıda keçiriləcək Avropa Qran-prisi ilə bağlı fikirlərini açıqlayıb. O bildirib ki, ilk dəfə “Formula-1”in mərhələ yarışına ev sahibliyi edəcək Azərbaycan buna məsuliyyətlə hazırlaşır: “Orada çalışan insanlar xoşuma gəlir. Onlar çox həssasdılar və lazım olan hər şeyi edirlər”. 

0