“Türkiyədə hava şəraiti Azərbaycana uyğun idi. Çətin toplanış keçdik. Ümid edirik ki, hər şey yaxşı olacaq”. Apasport.az saytının məlumatına görə, bu sözləri Şimali İrlandiya yığmasının kapitanı Stiven Devis deyib.
DÇ-2018-in seçmə mərhələsi çərçivəsində sabah millimizin qonağı olacaq britaniyalılar qarşılaşmanın hazırlıqlarını davam etdirirlər.
Matçın baş tutacağı Tofiq Bəhramov adına Respublika Stadionunun konfrans zalında keçirilən mətbuat konfransında 32 yaşlı yarımmüdafiəçi fikrini bu sözlərlə davam etdirib: “Təlim-məşq toplanışımız çox yaxşı keçdi. İnanırıq ki, bu amil sabahkı qarşılaşmada köməyimizə çatacaq”.
- Heyətdə kifayət qədər itki var. Bu, sizə çətinlik yaratmayacaq?
- Müxtəlif səbəblərdən 6 futbolçu iştirak etməyəcək. Buna baxmayaraq, perspektivli futbolçularımız çoxdu. Onlar olmayanları layiqincə əvəz edəcək gücdədilər. Sabah da meydana qələbə qazanmaq əzmi ilə çıxacağıq.
- Azərbaycana son səfərinizlə indiki arasında nə kimi fərqlər var?
- Axırıncı dəfə Azərbaycanda olanda qrupda vəziyyət fərqli idi. Bu dəfə bizi daha çətin sınaq gözləyir. Çünki indi rəqib komanda da qrup ikinciliyini hədəfləyib. Amma qrupdakı oyunlarımızı nəzərə alsaq, uğurlu çıxış edəcəyimizə inamımız artır. İkinci pillədə qərarlaşsaq da, qələbə qazanmalıyıq. Bakıya 3 xal dalınca gəlmişik. Belfastda qələbə qazanmışıq və bunun davamını gətirmək istəyirik.
- Şimali İrlandiya indiyə qədər Azərbaycanda qələbə qazana bilməyib. Bunu nəzərə alsaq, demək olarmı ki, heç-heçə sizin üçün daha sərfəli nəticə olar?
- Hər bir səfər oyunu çətin olur. Amma biz Azərbaycanı öz meydanımızda məğlub etdiyimiz üçün özünəinamımız yüksək səviyyədədi.
- "Fənərbaxça"da gözlənilməz qərar: 10-a yaxın futbolçu ilə yollar ayrılır
- “Qarabağ”ın məşqçisi UEFA kursunda təlimatçı kimi çıxış edib
- “Trabzonspor” - “Qalatasaray” matçını idarə edəcək hakim bəlli olub
- "El Klasiko"da hakimdən inanılmaz reaksiya: "Barsa" cəbhəsi qəzəblidir
- "Arsenal"ın müdafiəçisi italyanların radarına düşüb