[b]“Bavariya”nın yeni baş məşqçisinin müqavilə detalları bəlli oldu[/b]
13.04.2018 - 16:12
[b]“Bavariya”nın yeni baş məşqçisinin müqavilə detalları bəlli oldu[/b]

“Ayntraxt”ın baş məşqçisi Niko Kovaç yeni mövsümdən etibarən “Bavariya”nı çalışdıracaq. Apasport.az saytının “Kicker”ə istinadən məlumatına görə, Münhen klubu xorvat mütəxəssisə görə 2,2 milyon avro kompensasiya ödəyib.

 

“Bavariya”nın Kovaçla olan müqaviləsi 2018-ci ilin 1 iyulundan etibarən qüvvəyə minəcək. Saziş 2 il müddətinə nəzərdə tutulub. Yeni iş yerində Niko Kovaça qardaşı Robert Kovaç yardımçı olacaq.

 

Qeyd edək ki, Niko Kovaçın çalışdırdığı “Ayntraxt” hazırda 46 xalla Bundesliqada 5-ci pilləni tutur.